Paytaxtın bir sıra küçələrində təşkil edilən COP29 zolaqlarından 31 oktyabr tarixinədək minik avtomobilləri də istifadə edə bilər.
Küçələr:
Bünyad Sərdarov
Həsən Seyidbəyli
Şeyx Şamil
Mirzəağa Əliyev
Adbulla Şaiq
Həsənoğlu
Mikayıl Üseynov (Bayraq meydanı istiqamətində)
Xocalı prospekti
Şah İsmayıl Xətai prospekti
Zuğulba yolu
Zığ şossesi
Bu zolaqlarda hələ ki 5.9 – “Marşrut nəqliyyat vasitələri üçün zolaq” yol nişanları quraşdırılmayıb. Zolaqlar 1 noyabr tarixindən qüvvəyə minəcək və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.
Bu yanaşma yaxın günlərdə bir sıra küçələrdə təşkil ediləcək xüsusi hərəkət zolaqlarına da aid edilir.