Türk Dövlətləri Təşkilatı Azərbaycanı təbrik edib

Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycanı müstəqilliyinin bərpası günü münasibətilə təbrik edib.

Trend-in məlumatına görə, bununla bağlı beynəlxalq təşkilatın “X”dəki hesabında paylaşım edilib.

 

“Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 33-cü ildönümündə Azərbaycan hökumətini və qardaş xalqını ən səmimi arzularımızla təbrik edir, uğurlar, sabitlik və firavanlıq arzulayırıq”, - paylaşımda qeyd olunur.