Avroliqa: “Fənərbağça” və “Real Madrid” qələbə qazanıb

Basketbol üzrə Avroliqada IV tura start verilib.

AZƏRTAC xəbər verir ki, Türkiyə təmsilçisi “Fənərbağça” Almaniyada “Alba Berlin”in qonağı olub. Görüş İstanbul klubunun 78:71 hesablı qələbəsi ilə yekunlaşıb.

Turun digər oyunlarındakı nəticələri təqdim edirik:

“Makkabi Tel-Əviv” (İsrail), - “Partizan” (Serbiya) 79:91, “Olimpia Milano” (İtaliya) – “Zalgiris Kaunas” (Litva) 82:85, “Bavariya” (Almaniya) – “Paris” (Fransa) 109:107, “Real Madrid” (İspaniya) – “Panatinaikos” (Yunanıstan) 90:86.

Qeyd edək ki, Avroliqada IV tura bu gün yekun vurulacaq