COP29-da “Uniformaların paylanılması və akkreditasiya mərkəzi”nin açılışı olub

Oktyabrın 19-da Milli Gimnastika Arenasında yerləşən “Uniformaların paylanılması və akkreditasiya mərkəzi”nin (UDAC) açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə COP29-un müəyyən edilmiş Prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və COP29 Prezidentliyinin digər nümayəndələri və könüllülər iştirak ediblər.

Mərkəzdə qeydiyyat, akkreditasiya kartlarının paylanması üçün zonalar, həmçinin məlumatlandırma işləri və COP29 unifromalarının paylanması üçün zonalar fəaliyyət göstərir. Mərkəz həftənin 6 günü fəaliyyət göstərəcək.

Açılış mərasimində həmçinin COP29 Prezidentliyinə akkreditasiya kartı təqdim olunub.