IDMAN: “TeamGym” üzrə Avropa çempionatında sonuncu günün yarışlarına start verilib

Bakıda ilk dəfə keçirilən “TeamGym” üzrə 15-ci Avropa çempionatında sonuncu günün yarışlarına start verilib.

Trend xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil edilən turnirin sonuncu - dördüncü günündə böyük gimnastlar arasında qaliblər müəyyənləşəcək.

Kişilərdən və qadınlardan ibarət komandalar və qarışıq komandalar mübarizə aparacaq və qaliblər müəyyən ediləcək.

 

Bununla da yarışlara yekun vurulacaq.