Şuşada kütləvi məzarlıq aşkarlandı

Şuşa. Trend:

Şuşada kütləvi məzarlıq aşkar olunub. Məzarlıq Şuşa türməsi ərazisində aşkarlanıb.

Trend-in Qarabağ bürosu xəbər verir ki, Şuşa türməsi həndəvərində aşkar olunan kütləvi məzarlıq insanlıq əleyhinə törədilən ən dəhşətli cinayətlərdən biridir.

Bu onu göstərir ki, Şuşa türməsində hələ o vaxtlar azərbaycanlılar qanunsuz saxlanılıb və onlara ağır işkəncələr verilib, orada amansız zorakılıqlar törədilib, ölüm hadisələrində faktlar aşkarlanıb. Aşkarlanan bu məzarlıq da həmin hadisələrin bariz nümunəsidir.

Gallery