Albaniyanın paytaxtı Tiranada qeyri-olimpiya çəkiləri üzrə dünya çempionatına bu gün yekun vurulacaq.
İdman.biz xəbər verir ki, mundialda 4 çəki dərəcəsi üzrə mükafatçılar bəlli olacaq.
Azərbaycan güləşçiləri 4 çəki dərəcəsinin hər birində medal şansını qoruyur. Onlardan 3-ü finalda, 1-i isə təsəlliverici görüşdə qüvvəsini sınayacaq.
Dünya çempionatı
Yunan-Roma güləşi
5️5️ kq
Üçqat dünya çempionumuz Eldəniz Əzizli növbəti titul uğrunda xalçaya çıxacaq. O, Azərbaycan tarixinə düşmək üçün iranlı Poya Marza qalib gəlməyə çalışacaq.