“8-ci km bazarı”nın ətrafındakı küçə ticarəti yığışdırılıb (FOTO/VİDEO)

Bakının Nizami rayonunda yerləşən “8-ci km Ticarət Mərkəzi”nin ətrafındakı küçə ticarəti yığışdırılıb.

Bu faktı Trend-ə Nizami Rayon İcra Hakimiyyətindən təsdiqləyiblər.

 

Bildirilib ki, Cəmşid Naxçıvanski küçəsində yerləşən ərazidə səliqə-sahmanın bərpa olunması üçün həyata keçirilən işlər çərçivəsində küçə ticarətinin təşkil olunduğu piştaxtalar sökülərək ərazidən yığışdırılıb.

"Həmin ərazidə yaşıllığın salınması planlaşdırılır", - deyə İcra Hakimiyyətindən məlumat verilib.