Avropa Liqası: “Qarabağ”ın 2 səfər oyunu İctimai TV-də yayımlanacaq

“Qarabağ”ın UEFA Avropa Liqasında iki səfər oyununu İctimai TV yayımlayacaq.

Telekanaldan AZƏRTAC-a verilən məlumata görə, Ağdam klubunun Liqa mərhələsinin IV turunda Norveçdə “Budyo-Qlimt”ə, VIII turda isə Yunanıstanda “Olimpiakos”a qarşı keçirəcəyi matçlar İTV-nin canlı efirində olacaq.

Qarşılaşmalar, müvafiq olaraq, bu il noyabrın 7-də və 2025-ci il yanvarın 31-də reallaşacaq.