Azərbaycanda 2024-cü ildə baş verən partlayışlarda 27 nəfər ölüb

Azərbaycanda 2024-cü ilin 9 ayı ərzində 47 partlayış hadisəsi baş verib.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

 

Bu, 2023-ci ilin 9 ayı ilə müqayisədə 12 hadisə və ya 4 faiz çoxdur.

Partlayışlar zamanı 27 nəfər həlak olub, 75 nəfər xəsarət alıb.