İDMAN:  Asim Xudiyev türkiyəli hakimlərin işinə qiymət verəcək

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti dəfə təyinat alıb.

AZƏRTAC AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, UEFA Gənclər Liqasının II mərhələsində Qazaxıstanda “Kayrat” və İspaniyanın “Betis” komandaları arasında keçiriləcək cavab görüşünün hakim-inspektoru olacaq. Qarşılaşma noyabrın 6-da oynanılacaq.

Almatı şəhərində yerləşən “Kayrat” akademiyasının stadionunda keçiriləcək matçı türkiyəli baş hakim Kadir Sağlam idarə edəcək.