COP29-un 10 yaşlı iştirakçısı: Buradakı insanlarla ünsiyyətdə olmaq maraqlıdır

“Bu, mənim ilk iştirak etdiyim COP tədbiridir”.

Bunu AZƏRTAC-a müsahibəsində COP29-un 10 yaşlı çinli iştirakçısı Ruoxi Vang deyib.

COP29-un heyrətamiz olduğunu deyən azyaşlı iştirakçı əlavə edib ki, müxtəlif ölkələrin pavilyonlarını gəzib: “Burada çoxlu, müxtəlif ölkələr var və dost ola biləcəyimiz, söhbət edəcəyimiz insanları görə bilirəm. Mənim üçün burada iştirak etmək olduqca maraqlıdır”.

O, Azərbaycanı bəyəndiyini deyib: “Buradakı insanların özünə inamı olduğunu düşünürəm. Onlarla ünsiyyətdə olmaq maraqlıdır. Bir sözlə, Bakını çox sevirəm”.