Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edildi - SƏRƏNCAM

Gövhər Baxşəli qızı Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib.

Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

O, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə və elmin inkişafında xidmətlərinə görə təltif olunub.