UEFA Avropa Liqasının əsas mərhələsində V turun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, Türkiyə təmsilçiləri də Liqa mərhələsində növbəti matçlarına çıxıblar.
"Qalatasaray" Niderlandda "AZ Alkmaar"ın qonağı olub. Görüş 1:1 hesablı heç-heçə ilə nəticələnib.
"Beşiktaş" İsrailin "Makkabi" (Təl-Əviv) komandası ilə qarşılaşıb. Siyasi məsələlərə görə Macarıstanın Debretsen şəhərindəki "Nadyerdeyi" stadionunda oynanılan görüş Tel-Əviv təmsilçisinin 3:1 hesablı üstünlüyü ilə yekunlaşıb.
"Fənərbağça" isə Çexiyada "Slaviya"nı (Praqa) 2:1 hesabı ilə məğlub edib.