Azərbaycan klubu amerikalı basketbolçu ilə müqavilə imzalayıb

"Neftçi" basketbol klubu heyətini daha bir amerikalı oyunçu ilə gücləndirib.

Bakı təmsilçisinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, 198 santimetr boya malik Polayt Edvard Leon komandaya cəlb olunub.

Onunla mövsümün sonunadək rəsmi müqavilə imzalanıb.