Novxanıda partlayışda xəsarət alanlar şahmatçı  Vüqar Həşimovun valideyinləridir  - Vəziyyətləri məlum oldu

Abşeron rayonu, Novxanı kəndində şahmat ustası Vüqar Həşimovun ailəsinin evində partlayış baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub. Xilasedicilər tərəfindən həyata keçirilən operativ axtarış-xilasetmə tədbirləri sayəsində dağıntılar altından 2 nəfər (Vüqar Həşimovun valideyinləri) sağ çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

TƏBİB-dən Trend-ə bildirilib ki, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verməsi səbəbilə 03.12.2024-cü il tarixində saat 08:10 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Hadisə yerinə 2 təcili tibbi yardım briqadası cəlb edilib.

 

Hadisə nəticəsində xəsarət alan 2 nəfər (1 qadın cinsli, 1 kişi cinsli) Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

Reanimasiya şöbəsinə yerləşdirilən 1949-cu il təvəllüdlü şəxsə hər iki aşağı ətrafın və sifətin I, II, III dərəcəli yanığı, 1959-cu il təvəllüdlü şəxsə isə sol bud sümüyünün sınığı, sol əlin yarası diaqnozları təyin edilib. Müalicələri davam etdirilir, vəziyyətləri ağırdır.