AZƏRTAC xəbər verir ki, bu sözləri İsveçin “Elfsborq" komandasının futbolçusu Əhməd Qasım UEFA Avropa Liqasının əsas mərhələsində “Qarabağ”la keçirəcəkləri VI turun oyunu barədə danışarkən deyib.
O, matçın çətin keçəcəyini bildirib: “Oyunumuzda yüksək intensivliyi qoruyub saxlamalıyıq. “Qarabağ” ciddi komandadır. Rəqib hücumda təhlükəli mübarizə aparır. Bu, ilin ən vacib oyunudur. Əgər pley-offda oynamaq istəyiriksə, qalib gəlməliyik”.
Qeyd edək ki, “Elfsborq”-“Qarabağ” oyunu dekabrın 12-də Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.