Məktəblərdə rüşvət halı ilə bağlı hər müraciət araşdırılır - Nazir

Məktəblərdə rüşvət halı ilə bağlı hər müraciət araşdırılır.

Trend xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

 

O bildirib ki, bununla bağlı nazirliyə müraxiətlər olur.

"Həm mediada, həm sosial şəbəkələrdən müraciətlər qəbul edirik. Bu hallar hamısı araşdırılır və geridönüş edilir".