Mən qızımla fəxr edirəm - Hökümə Əliyevanın atası

Mən qızımla fəxr edirəm.

Trend xəbər verir ki, bunu bu gün təyyarə qəzasında həlak olan bələdçi Hökümə Əliyevanın atası Cəlil Alıyev Aktau yaxınlığında qəzada həlak olan 3 ekipaj üzvü (pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və təyyarə bələdçisi Hökümə Əliyeva) ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanında keçirilən vida mərasimində deyib.

"Təbii ki, ağır faciədir. Bu ağır faciənin yükünü bütün xalqım, dövlətim, millətim bərabər çəkir. Onların hamısına təşəkkür edirəm. Xalqımızın başı sağ olsun. Mən qızımla fəxr edirəm. Qoy həmişə, daim yaşasın. Mən onu çox istəyirəm", - o qeyd edib.

Xatırladaq ki, bu gecə “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan 3 ekipaj üzvünün (pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və təyyarə bələdçisi Hökümə Əliyeva) və 21 sərnişinin nəşləri Bakıya gətirilib.