Allah Prezidentimizi, dövlətimizi, xalqımızı qorusun.
Mən bu gündən artıq sevincli gün tanımıram. Həyatımda bu günü sözlə ifadə edə bilmirəm. O torpaqları gördükdən sonra artıq arzum yoxdur", - deyə o qeyd edib.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 mindən çox insan yaşayır.