Azərbaycan Premyer Liqası yeni mövsümə “Misli Premyer Liqa” adı ilə davam edəcək

Azərbaycan Premyer Liqası 2023-2024 mövsümünə “Misli Premyer Liqa” adı ilə davam edəcək.

DHA Press xəbər verir ki, bununla bağlı Misli Azərbaycan (Misli.az) və Azərbaycan Peşəkar Futbol Liqası (PFL) arasında yenilənmiş sponsorluq müqaviləsi "Azərlotereya"nın İdarə Heyətinin sədri Osman Karakuşla PFL prezidenti Elxan Səmədov arasında imzalanıb.

Məlumata əsasən, imzalama mərasimində Azərbaycan Futbol Federasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayev və Türkiyənin Demirören Holdinqinin İdarə heyətinin sədri Yıldırım Dəmirören də iştirak edib.