2024-cü ildə övladlığagötürmə ilə bağlı 304 müraciətdən 149-na imtina verilib

Hesabat dövründə övladlığagötürmə ilə bağlı 304 müraciət daxil olub, 149 müraciətə müxtəlif mərhələlərdə imtina verilib.

Trend xəbər verir ki, bu barədə məlumat Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.

Hesabatda bildirilib ki, 2024-cü ildə 165 uşaq (81 oğlan və 84 qız) övladlığa verilib. Övladlığa götürülmüş uşaqlardan 35 uşaq müəssisədən, 80 uşaq qohumları tərəfindən, 41 uşaq ögey valideyn tərəfindən, 8 uşaq valideynlərarası razılıq əsasında, 1 uşaq əcnəbilər tərəfindən övladlığa götürülən uşaq olub.