Azərbaycanlı paracüdoçu Avropa çempionu olub

Bakı. Trend:

Azərbaycan paracüdoçusu Şəhanə Hacıyeva Niderlandın Rotterdam şəhərində keçirilən Avropa paralimpiya çempionatında qızıl medal qazanıb.

Milli Paralimpiya Komitəsindən Trend-ə verilən məlumata görə, idmançı 48 kiloqram çəki dərəcəsində birinci yeri tutub.

Bu, Azərbaycan yığmasının qitə birinciliyində əldə etdiyi ilk medaldır.