Bakı, 10 avqust, AZƏRTAC
Gənc atıcımız Leyli Əliyeva Belarusun Minsk şəhərində keçirilən II MDB Oyunlarının finalına yenidən vəsiqə qazanıb.
Bu barədə AZƏRTAC-a Azərbaycan Atıcılıq Federasiyasından məlumat verilib.
Bildirilib ki, atıcımız pnevmatik tapançadan 25 metr məsafəyə atəş növündə 567 bal toplayaraq ən yaxşılar arasında olmağı bacarıb.
Xatırladaq ki, Leyli Əliyeva iki gün əvvəl pnevmatik tapançadan 10 metr məsafəyə atəş üzrə rəqiblərinə qalib gələrək qızıl medala sahiblənib.