Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Bakı. Trend:

Avqustun 12-si saat 15:00-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətrdə adekvat cavab tədbirləri görülüb.