Bakıda “Autoimmun xəstəliklərin laborator diaqnostikası: müasir metodlar və kliniki tətbiqi” mövzusunda konfrans keçirilir

Aprelin 16-da Bakıda “Autoimmun xəstəliklərin laborator diaqnostikası: müasir metodlar və kliniki tətbiqi” mövzusunda beynəlxalq konfrans keçirilir.

AZƏRTAC xəbər verir ki, tədbirin məqsədi autoimmun xəstəliklərin laborator diaqnostikasında istifadə olunan müasir metodların, eləcə də bu sahədəki kliniki yanaşmaların tibb ictimaiyyəti ilə paylaşılması və beynəlxalq təcrübə mübadiləsinin təşviq edilməsidir.

Konfrans çərçivəsində yerli və xarici aparıcı mütəxəssislərin məruzələrlə çıxış etməsi və elmi təqdimatlar nəzərdə tutulur.