Azərbaycan cüdoçuları Düşənbədə keçirilən Böyük Dəbilqə turnirində ikinci yeri tutublar

Tacikistanın paytaxtı Düşənbədə cüdo üzrə Böyük Dəbilqə turniri yekunlaşıb.

Trend xəbər verir ki, Azərbaycan cüdoçuları yarışda uğurla çıxış edərək 2 qızıl və 2 gümüş medal qazanıblar.

 

Bu nəticə ilə milli komandamız 27 ölkə arasında ümumi komanda hesabında ikinci yeri tutub.

Turnirin qalibi isə 11 medal, o cümlədən 4 qızıl medal qazanan ev sahibi Tacikistan olub.