Latviyanın paytaxtı Riqada keçirilən cüdo üzrə veteranlar arasında Avropa çempionatının ikinci günü Azərbaycan millisi üçün uğurlu olub.
Trend xəbər verir ki, M-4 yaş kateqoriyasında çıxış edən Babək Hacıyev (60 kq), Vaqif Kərimov (73 kq) və Emil Hüseynov (100 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu adına layiq görülüblər.
M-3 yaş kateqoriyasında mübarizə aparan Samir İsmayılov (81 kq) isə bürünc medalla kifayətlənib.