Azərbaycan minifutbol millisi İngiltərəyə qalib gələrək dünya çempionatının yarımfinalına yüksəlib

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında 1/4 final mərhələsinin oyunları keçirilib.

Trend xəbər verir ki, bu gün Azərbaycan milli komandası İngiltərə seçməsi ilə üz-üzə gəlib.

 

Qarşılaşma Elşad Quliyevin yetirmələrinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Yığmamız yarımfinalda Monteneqro ilə qarşılaşacaq.