Bu gün Azərbaycan millisi yoldaşlıq oyununda Macarıstanla qarşılaşacaq

Azərbaycan milli komandası təlim-məşq toplanışı çərçivəsində bu gün ikinci yoldaşlıq görüşünü keçirəcək.

AZƏRTAC xəbər verir ki, yığma Macarıstanla qarşılaşacaq. “Liv Bona Dea Arena”da təşkil olunacaq oyun saat 20:00-da başlayacaq.

Matçı belaruslu baş hakim Viktor Şimusikin idarə edəcək.

Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi milli iyunun 7-də Riqada Latviya ilə qolsuz heç-heçə edib.