“Azərreyl” Cənubi Koreyadan olan voleybolçunu transfer edib - EKSKLÜZİV

Qadın voleybolçular arasında son ölkə çempionu “Azərreyl” heyətini yeni oyunçu ilə gücləndirib.

AZƏRTAC-ın əldə etdiyi məlumata görə, “dəmiryolçular” Cənubi Koreyadan olan Sol Koonu transfer edib. Onunla 1 illik müqavilə imzalanıb.

24 yaşlı voleybolçu son olaraq Fransanın "Entend Sen Şamon" kollektivində oynayıb.