İsrailin Tehrana zərbələri nəticəsində zərərçəkənlərin sayı açıqlandı

İsrailin Tehrana endirdiyi zərbələr nəticəsində azı 50 nəfər yaralanıb, onlardan 35-i uşaq və qadındır.

Trend xəbər verir ki, bu barədə İranın dövlət telekanalı məlumat yayıb.

 

“İsrailin hücumları nəticəsində 50-yə yaxın zərərçəkən xəstəxanalara çatdırılıb, onların azı 35-i qadın və uşaqdır”, - deyə iranlı teleaparıcı canlı efirdə bildirib.