ABŞ-nin İsraildəki səfirliyinin əməkdaşlarına xəbərdarlıq edilib

ABŞ-nin İsraildəki səfirliyi bütün əməkdaşları və onların ailə üzvlərinə xəbərdarlıq ünvanlayıb.

Trend bu barədə İsrail KİV-ə istinadən xəbər verir.

 

Diplomatik missiya, təhlükəsizlik məqsədilə növbəti bildiriş daxil olana qədər onlara hazırda olduqları yeri tərk etməmək barədə göstəriş verib.

Ötən gün səfirlik əməkdaşları və onların ailə üzvlərini Təl-Əviv, Qüds və Birşebanın hüdudlarından çıxmamağı tövsiyə etmişdi.