Qazaxıstanın yeddi vətəndaşı Astara sərhəd-keçid məntəqəsindən keçib (ƏLAVƏ OLUNUB)

Qazaxıstanın yeddi vətəndaşı öz ölkəsinə qayıtması üçün Azərbaycanın Astara sərhəd-keçid məntəqəsindən keçib.

Trend xəbər verir ki, evakuasiya prosesi davam edir.

XXX

00:34

 

Azərbaycan bəzi xarici ölkə vətəndaşlarının İrandan təxliyəsi məqsədilə Astara sərhəd-keçid məntəqəsində zəruri şərait yaradıb.

Trend-in məlumatına görə, bu addım humanitar məqsədlərlə atılıb və müvafiq koordinasiya çərçivəsində həyata keçirilir.

Təxliyə prosesi zamanı təhlükəsizlik və loqistik məsələlər tam təmin olunub.