Tehranın şərqində silsilə partlayışlar baş verib (ƏLAVƏ OLUNUB)

Tehranın şərqində iki ərazidə partlayış səsləri eşidilib.

Trend xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb.

Hava hücumundan müdafiə sistemləri İran paytaxtının şərq hissəsindəki səmada İsrailin hədəflərinə hücum edir.

XXX

 

04:45

İranın hava hücumundan müdafiə sistemləri paytaxt Tehran şəhərində yenidən işə salınıb.

Trend xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb.

Əlavə məlumat verilməyib. Qeyd edək ki, bundan əvvəl Tehranın Mehrabad hava limanı yaxınlığında silsilə partlayışlar və yanğınla bağlı xəbərlər yayılmışdı.