İranın daha bir SEPAH generalının öldüyü açıqlanıb

İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) Hava və Kosmik Qüvvələrinin Kəşfiyyat rəisinin müavini briqada generalı Xosrov Həsəni İsrailin İrana hərbi hava hücumları nəticəsində ölüb.

Trend-in məlumatına görə, bununla əlaqədar SEPAH-ın ictimaiyyətlə əlaqədar departamenti məlumat yayıb.

 

"General Xosrov Həsəni - həftəsonu İsrailin hücumu zamanı həlak olub", - məlumatda deyilir.

Qeyd edək ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələri endirib. Zərbələr nəticəsində çoxlu sayda hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, SEPAH-ın Hərbi Hava Qüvvələri komandanı Əmir Əli Hacızadə, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.