SEPAH İsrailin hücumu nəticəsində kəşfiyyat rəisinin həlak olduğunu təsdiqləyib

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin hava zərbələri nəticəsində təşkilatın kəşfiyyat rəisi Məhəmməd Kaziminin həlak olduğunu təsdiqləyib.

Trend-in məlumatına görə, bu barədə SEPAH-ın mətbuat xidməti açıqlama yayıb.

 

Bildirilib ki, Kazimi ilə yanaşı, onunla birlikdə olan iki silahdaşı – Həsən Mohakak və Muhsen Bağiri də hücum nəticəsində həyatını itirib.

Hər üç şəxsin yüksək rütbəli kəşfiyyat əməkdaşı olduqları qeyd olunub.