İsraildə ötən gecə İranın raket zərbələrindən ölənlərin sayı məlum olub

Ötən gecə İranın İsrailə endirdiyi ballistik raket zərbələri nəticəsində 5 nəfər həyatını itirib.

Trend xəbər verir ki, bu barədə “Tımes of Israel” yerli xilasetmə xidmətinin rəsmisi Meyqn David Adoma istinadən məlumat yayıb.

 

Məlumata əsasən, sonuncu qurbanı Petah Tikva rayonunda yerləşən hündürmərtəbəli binanın dağıntıları altından çıxarıblar. Digər üç nəfər də həmin yerdə aşkarlanıb, bir nəfərin isə raket zərbəsinin yaşayış zonasında genişmiqyaslı dağıntıya səbəb olduğu Bnei Brak şəhərində həyatını itirdiyi bildirilir.

Xilasetmə xidməti gecə hücumları zamanı 92 nəfərin xəstəxanaya yerləşdirildiyini, onların çoxunun aldığı xəsarətlərin yüngül olduğunu bildirib.