İsrail Hərbi Hava Qüvvələrinə məxsus 60 döyüş təyyarəsi son saatlar ərzində Tehrandakı hərbi obyektlərinə hava zərbələri endirib.
Trend xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, hücum edilən hədəflər sırasında “nüvə silahı inkişaf etdirmə obyektləri” və “raket istehsalı müəssisələri” də yer alıb. Zərbələrin dəqiq nəticələri barədə əlavə məlumat verilməyib.