Bu gün Bakıda ilk dəfə olaraq UFC turniri təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, Bakı Kristal Zalında keçiriləcək döyüş gecəsi saat 20:00-da başlayacaq.
Gecənin əsas döyüşləri saat 23:00-dan etibarən start götürəcək. Əsas qarşılaşma keçmiş UFC yarım ağır çəki çempionu Camal Hill ilə keçmiş titul iddiaçısı Xalil Rauntri arasında olacaq. Gecənin ikinci ən vacib döyüşü Azərbaycan təmsilçisi Rafael Fiziyevlə çilili İqnasio Bahamondes arasında yüngül çəkidə baş tutacaq.
Turnir çərçivəsində, həmçinin Azərbaycan təmsilçiləri Nazim Sadıxov və Tofiq Musayev də oktaqona çıxacaqlar. Onlar, müvafiq olaraq, braziliyalı Nikolas Motta və qırğızıstanlı Mıqtıbek Orolbayla qarşılaşacaqlar.
UFC gecəsində baş tutacaq görüşlər