Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.
AZƏRTAC xəbər verir ki, Türkiyə təmsilçisi “Fənərbağça” doğma meydanda Niderlandın “Feyenoord” klubunu qəbul edəcək. Matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Komandalar arasında birinci qarşılaşma Rotterdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.