“Qarabağ” bu gün pley-off mərhələsində ilk oyununa çıxacaq

Bu gün "Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununa çıxacaq.

Trend xəbər verir ki, "köhlən atlar" Macarıstanda "Ferentsvaroş"un qonağı olacaq.

Qarşılaşma "Ferentsvaroş" stadionunda, Bakı vaxtı ilə saat 23:00-da star götürəcək.

 

Görüşü portuqaliyalı FIFA referisi Juan Pedru da Silva Pineyru idarə edəcək.