“Qarabağ” “Ferensvaroş”u məğlub edib - Çempionlar Liqası

Bu gün "Qarabağ" Çempionlar Liqasında pley-off mərhələsində ilk oyununa çıxıb.

Trend xəbər verir ki, Ağdam təmsilçisi "Ferensvaroş"la qarşılaşıb.

 

"Köhlən atlar" Macarıstandakı matçda 3:1 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 27-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.