Azərbaycanlı basketbol hakimi İspaniya - Fransa oyununa təyinat alıb

Azərbaycanın beynəlxalq dərəcəli basketbol hakimi Ruslan Xalıqov karyerasında ilk dəfə Avropa çempionatının oyununa təyinat alıb.

AZƏRTAC xəbər verir ki, o, 16 yaşadək qızlar arasında təşkil ediləcək A divizionunun 1/4 final mərhələsində İspaniya - Fransa görüşünü idarə edəcək.

Bu gün Rumıniyanın Piteşti şəhərində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.