Almaniya nəhəngi “Çelsi”nin futbolçusunu alıb

Almaniyanın "Borussiya" (Dortmund) komandası heyətinə yeni futbolçu cəlb edib.

AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, Bundesliqa təmsilçisi İngiltərənin “Çelsi” komandasından 21 yaşlı yarımmüdafiəçi Karni Çukvuemekanın transferini rəsmiləşdirib.

21 yaşlı ingiltərəli oyunçu ilə 2030-cu ilədək müqavilə imzalanıb.

Karni Çukvuemeka ötən mövsümün ikinci yarısını icarə əsasında "Borussiya"da keçirib.