Azərbaycanın iki boksçusu Dünya Çempionatında bürünc medal qazanıb

Liverpulda (İngiltərə) Dünya Boksunun təşkilatçılığı ilə keçirilən kişilər və qadınlar arasında boks üzrə dünya çempionatı davam edir.

Trend-in məlumatına görə, yarımfinal görüşlərində Azərbaycanın təmsilçiləri rinqə çıxıb.

 

Səidcəmşid Cəfərov (75 kq) Özbəkistan idmançısı Fazliddin Erkinbayevə 1:4, Alfonso Dominqes (90 kq) isə braziliyalı İsaias Santos Ribeyro Filyoya 2:3 hesabı ilə məğlub olub.

Beləliklə, hər iki azərbaycanlı idmançı dünya çempionatında bürünc medal qazanıb.