2025-ci ilin yanvar-avqust aylarında Dövlət Miqrasiya Xidmətinə fəaliyyət istiqamətləri üzrə 67 127 müraciət daxil olub.
Bu barədə Trend-ə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, müraciətlərin bölgüsü aşağıdakı kimi olub:
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı müraciətlər – 45880
Azərbaycan Respublikasının ərazisində yaşama icazələrinin alınması və müddətinin uzadılması ilə bağlı müraciətlər – 7156
Vətəndaşlıq məsələləri ilə bağlı müraciətlər – 204
Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə bağlı müraciətlər – 1190
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı müraciətlər – 867
Çağrı mərkəzinə daxil olan zənglər – 6922
Xidmətin sosial şəbəkə hesabları və “onlayn bələdçi” xidməti vasitəsilə daxil olan müraciətlər – 1364
Vətəndaşlardan, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdən müxtəlif məsələlərlə bağlı daxil olmuş ərizə, şikayət və təkliflər – 1146