Sürücülərdən birinin porebriklərə aqressiv hücumu maşının elementlərinin qırılması ilə nəticələnib.
Trend xəbər verir ki, trasa kənar elementlər düşdüyü və sürücülərə təhlükə mənbəyi olduğu üçün sərbəst yürüş qırmızı bayraqla dayandırılıb.
Tras təmizləndikdən sonra yürüş davam edəcək.
xxx
12:39
Bakıda keçirilən "Formula-1" üzrə Azərbaycan Qran-prisində birinci sərbəst yürüş başlayıb.
Trend xəbər verir ki, mübarizəyə saat 12:30-da start verilib.
İkinci sərbəst yürüş saat 17:00-da olacaq.
Qeyd edək ki, bu gün start götürən Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.