"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirib.
Trend xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv II turda Danimarkanın "Kopenhagen" klubunu qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:0.
XXX
22:31
UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turu çərçivəsində “Qarabağ” – “Kopenhagen” oyununda ikinci qol vurulub.
Trend xəbər verir ki, Azərbaycan təmsilçisi hesab arasındakı fərqi artırıb - 2:0.
83-cü dəqiqədə Emmanuel Addai fərqlənib.
XXX
21:16
UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turu çərçivəsində “Qarabağ” – “Kopenhagen” oyununda ilk qol vurulub.
Trend xəbər verir ki, Azərbaycan təmsilçisi hesabı açıb.
28-ci dəqiqədə Abdullah Zubir fərqlənib.
XXX
20:45
UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turu çərçivəsində Bakıda keçirilən “Qarabağ” – “Kopenhagen” (Danimarka) oyunu başlayıb.
Trend xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşma saat 20:45-də start götürüb.
Görüşü niderlandlı FIFA referisi Sərdar Gözüböyük idarə edir.