Azərbaycan güləşçisi dünya çempionatının finalına yüksəlib

Azərbaycanın yunan-Roma güləşçisi Ziya Babaşov Serbiyanın Novi Sad şəhərində təşkil olunan U-23 dünya çempionatında finala vəsiqə qazanıb.

Trend-in məlumatına görə, 63 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda türkiyəli Servet Angiyə 2:1 hesabı ilə qalib gələrək həlledici mərhələdə iştirak hüququ əldə edib.

 

Qeyd edək ki, mundiala oktyabrın 27-də yekun vurulacaq.